Sağlamlıq üçün ən təhlükəli içki hansıdır
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Hərəkət etmək qabiliyyəti olan heyvanlar da nə qədər fiziki baxımdan güclü, davamlı olsalar da, insanlarla müqayisədə çox aciz görsənirlər. Böyük Yaradan yaratdıqları içərisində ən böyük dəyər verdiyi insana həm də ən böyük seçim imkanı vermişdir. Bu mənada insanın fiziki və mənəvi durumu tam olmasa da, müəyyən mənada onun özündən asılıdır. Həkim olduğum üçün bu böyük mövzunun ancaq sağlamlıqla bağlı hissəsi haqqında fikrimi bölüşmək istədim. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, cəmiyyətdə insanların sağlamlığında səhiyyənin rolu gözləndiyindən çox az, cəmi 10 % -ə bərabərdir. İnkişaf etmiş səhiyyə insanlara bundan artığını verə bilmir. İnsanlar isə onlara təklif olunan bu cüzi imkandan belə tam istifadə etmirlər. Xəstələrin həkimlərə vaxtında deyil, xəstəlik ağırlaşdıqdan sonra müraciət etmələri və bu zaman da xəstəliyin çətin müalicəyə tabe olduğu hamıya məlumdur. Dahi Nizami Gəncəvi hələ 850 il bundan qabaq yazırdı: